“Əgər “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazanıbsa...” - “Çelsi”nin vingeri

“Əgər “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazanıbsa...” -  “Çelsi”nin vingeri

“Hər oyun çətin olacaq, buna hazır olmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Çelsi”nin vingeri Trevo Çaloba (Trevoh Chalobah) bildirib.

O, “Qarabağ”la bu gün keçiriləcək Çempionlar Liqasının 4-cü turunun oyundan öncə klubun saytına açıqlamasında Ağdam təmsilçisi barədə danışarkən deyib:

“Əgər onlar Çempionlar Liqasına vəsiqə qazanıblarsa, bu, böyük nailiyyətdir. Deməli, onlar buraya layiq olmaü üçün çox çalışıblar.

Çempionlar Liqası ‘Çelsi’nin olmaq istədiyi yerdir və biz burada qalmaq istəyirik. Bunun üçün səviyyəmizi göstərməliyik”.

“Qarabağ” - “Çelsi” oyunu bu gün saat 21:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti