11 ölkə iştirak edir - Bakıdakı beynəlxalq turnirdə

28 Mart 2023 10:00 Boks 1 388
11 ölkə iştirak edir - Bakıdakı beynəlxalq turnirdə

Bu gün Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürəcək.

Sportinfo.az xəbər verir ki, Boks Mərkəzində baş tutacaq yarış 5 gün davam edəcək.

Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparacaqlar.

Komandamızın baş məşqçisi Vaqif Kazımov yarışda 40 idmançını sınaqdan keçirəcək. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu gücünü yoxlayacaq.

Döyüşlər saat 16:00-da başlanacaq. Yarışın ilk günü, saat 18:00-da rəsmi açılış mərasimi keçiriləcək.

Martın 28-də saat 10:30-da isə Boks Federasiyasının nümayəndələri, hakimlər və xarici qonaqlar Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?