Tokio Olimpiadasında digər dövlətləri təmsil edən bir neçə soydaşımız var.
Onlardan biri də boks üzrə Rusiya yığmasının üzvü Qabil Məmmədovdur.
27 yaşlı azərbaycanlı idmançı 1994-cü ildə Orenburqda anadan olub. 2017-ci ildə Avropa çempionatının, 2019-cu ildə isə 2-ci Avropa Oyunlarının gümüş medalını qazanıb.
Tokio Olimpiadasında Rusiyanı 63 kq çəki dərəcəsində təmsil edir. Bu gün keçirdiyi ilk döyüşündə Polşa boksçusu Damian Durkaça 5:0 hesabı ilə qalib gəlib.
Rusiya kimi dünya boksunun liderlərindən olan bir komandada həmyerlimizin öz çəkisində "1 nömrə" olması Qabil Məmmədovun yüksək səviyyəli idmançı olmasından xəbər verir. Rus mediası da onu 63 kq çəkidə medallara əsas namizədlərdən sayır.
Bu çəki dərəcəsində Azərbaycanı Cavid Çələbiyev təmsil edir. Dünya çempionumuz ilk döyüşündə ukraynalı Yaroslav Xartsiz üzərində inamlı qələbə qazanıb - 5:0.
SPORTİNFO. AZ