Premyer Liqanın iki klubu razılığa gəldi – Konfrans Liqası öncəsi

8 İyun 2023 23:00 Azərbaycan Futbolu 1 573
Premyer Liqanın iki klubu razılığa gəldi – Konfrans Liqası öncəsi

“Sabah” yay hazırlıq dönəmində “Qəbələ” ilə yoxlama matçı keçirəcək.

Qarşılaşma Qəbələdə baş tutacaq.

Bölgə klubu hazırlığın ilk mərhələsinə Qəbələdə başlayacaqsa, Masazır klubu Bakıda başlayıb, Qəbələdə davam etdirəcək.

Məhz sınaq matçı da həmin ərəfəyə təsadüf edəcək.

Hər iki klub ardınca Türkiyə toplanışı üçün qardaş ölkəyə yola düşəcək.

Adıçəkilən klublar ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

"Sabah" başa çatan mövsümü gümüş medallara sahib çıxıb.

Premyer Liqanı 4-cü pillədə bitirən "Qəbələ" isə həm də ölkə kubokunun qalibi olmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti