Premyer Liqanın 5 klubunun məsələsi dəqiqləşdi, "Neftçi" razılıq verdi, digərləri…

31 May 2023 11:40 Azərbaycan Futbolu 1 813
Premyer Liqanın 5 klubunun məsələsi dəqiqləşdi, "Neftçi" razılıq verdi, digərləri…

Premyer Liqa klubları minifutbol üzrə növbəti ölkə çempionatında təmsil olunacaq.

Bu barədə Sportinfo.az-a Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Abışov məlumat verib.

Onun bildirdiyinə görə, təmsilçisi olduğu qurum bununla bağlı Premyer Liqa mənsubları ilə danışıqlar aparıb:

«Zirə», «Qarabağ», «Sumqayıt», «Sabah» və «Səbail»in qarşıdakı çempionatda iştirak edəcəyi dəqiqləşib. «Neftçi»dən də ilkin razılıq var.

«Şamaxı», «Turan Tovuz» və «Kəpəz»dən də müraciət daxil olub.

«Qəbələ» də çempionatda qüvvəsini sınamaq istəyir, sadəcə, onların müəyyən qədər problemləri var. Çalışırıq «Qəbələ»yə kömək olaq».

Xəbər Lenti