Mahir Emreli Super Liqaya gedir?

29 May 2021 16:20 Azərbaycan Futbolu 1 918
Mahir Emreli Super Liqaya gedir?

"Qarabağ"ın futbolçusu Mahir Emreli haqda yeni iddia yayılıb.

Sportinfo.az xəbər verir ki, "Fotomaç" saytı "Beşiktaş"ın millimizin üzvü ilə maraqlandığını yazıb. Türkiyə Superliqasının son qalibinin baş məşqçisi Sergen Yalçının transfer siyahısında M.Emrelinin də adının olduğu vurğulayıb.

Xəbərdə 23 yaşlı hücumçunun Ağdam təmsilçisi ilə müqaviləsinin iyunda başa çatacağı xatırladılıb. Bu səbəbdən transferin reallaşacağı təqdirdə, İstanbul klubunun heç bir təzminat ödəməyəcəyi bildirilib.

Qeyd edək ki, Mahir Emrelini Polşa "Legiya"sı da transfer etmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş