COP29

Azərbaycan Ermənistana qarşı bu tələbindən geri çəkilib?

21 Aprel 07:50 Araşdırma 1 003
Azərbaycan Ermənistana qarşı bu tələbindən geri çəkilib?

"Ermənistan konstitusiyasının dəyişdirilməsi ölkənin daxili işidir".

Bunu Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”ın Azərbaycanın bu məsələ ilə bağlı mümkün təzyiqləri ilə bağlı sorğusuna cavab olaraq bildirib.

"Konstitusiyanın dəyişdirilməsi məsələsi tamamilə ölkədaxili prosesdir", - XİN vurğulayıb.

Yanvarın 19-da hökumətin iclasında baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni geosiyasi və regional şəraitdə Ermənistanı daha rəqabətli və həyat qabiliyyətli edəcək fundamental qanuna ehtiyacı var.

Lakin mətbuatda Ermənistan hakimiyyətinin Azərbaycanın təzyiqi ilə Konstitusiyaya dəyişiklik etmək qərarına gəldiyi barədə məlumatlar yer alıb.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"