İkinci Liqada 2-ci tur başa çatıb.
«Füzuli» və «Qusar» Şamaxı Olimpiya Kompleksinin stadionunda üz-üzə gəlib.
90 dəqiqə açıq oyuna səhnə olub. Hər iki tərəf başdan sona kimi bu cür mübarizə aparıb.
«Qusar» ilk 10 dəqiqədə iki-üç qol fürsətini qaçırıb, əvəzində nominal ev sahibləri hesabı açıb. Murad Mehdiyev 17-ci dəqiqədə cərimə meydançasının həndəvərindən qapının uzaq küncünü dəqiq nişan alıb - top düz «doqquzluğ»a sancılıb.
23-cü dəqiqədə baş hakim Ruslan Quliyev qonaqları sevindirib. Referinin adi epizodda təyin etdiyi penaltini “Qusar”ın de-fakto baş məçqçisi Kamran Əlibabayevin oğlu Vüqar Əlibabayev qola çevirib.
“Füzuli” ikinci hissənin startından 11 dəqiqə sonra Sabir Allahquliyevla yenidən önə keçib. “Qaradağ Lökbatan” və MOİK-dən tanıdığımız hücumçu müdafiəçilərin “yatmasından” istifadə edərək, başla fərqlənib
. Bundan sonra qapılar önündə təhlükəli anlar bir-birini əvəzləyib. Boşa verilən fürsətlər “qan dondurub”. 74-cü dəqiqədə “fit sahibi” qusarlıları təəccübləndirib.
Sərxan Hacıyev rəqibin cərimə meydançası daxilində kobudluqla dayandırılsa da, Quliyev hücumçunun simulyasiyaya əl atmasını iddia edib və ona ikinci sarı vərəqini göstərərək, meydandan kənarlaşdırıb.
Bu da şimal təmsilçisini sındırmayıb. Az sonra Tərlan Salmanov super yox e, superin superi sayıla biləcək qola imza atıb.
O, künc zərbəsindən havalandırılan topu çarpazvari akrobatik tullanışla “çərçivə”yə ünvanlayıb.
Bu qol Avropanın hər hansı ölkəsinin çempionatında vurulsaydı, dünya indi ondan danışırdı.
SPORTİNFO.AZ
Şamaxı OİK stadionu. 20 tamaşaçı |
|
|
||
|