Azərbaycan Niderland və Slovakiya ilə eyni qrupa düşdü

4 May 2022 02:50 Voleybol 516
Azərbaycan Niderland və Slovakiya ilə eyni qrupa düşdü

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.

Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək.

Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.

Еəsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

E qrupu
20 may

21:00. Azərbaycan – Kosova
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan

Xəbər Lenti