Azərbaycan millisinin "Qızıl" heyəti açıqlandı

23 May 2021 18:00 Voleybol 1 802
Azərbaycan millisinin "Qızıl" heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Vüqar Əliyev Qızıl Avropa Liqasında güvənəcəyi “13-lüy”ü müəyyənləşdirib.

O, turnirdə əsasən gənclərə güvənəcək. Rumıniyaya yollanan millimiz rəsmi görüşlərdən öncə ev sahibi ilə bir neçə yoldaşlıq oyununda da qüvvəsini sınayacaq.

Azərbaycan millisinin heyəti:
Libero:
1. Leyla Parşkova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova;
Toppaylayıcılar: 14. Kristina Besman, 15. Raziyə Əliyeva, 18. Şəfaqət Alışanova;
Blokçular: 6. Ayşən Abduləzimova, 8. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk;
Hücumçular: 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk.

Mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq.

Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!