Renat Dadaşovun klubunun növbəti rəqibi bəlli oldu

7 Dekabr 2024 03:30 Türkiyə 802
Renat Dadaşovun klubunun növbəti rəqibi bəlli oldu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” komandasının Türkiyə Kubokunda növbəti rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu püşkatmanın nəticəsinə əsasən 5-ci turda 2-ci Liqa təmsilçisi “Menemen” ilə üz-üzə gələcək.

Bu raundun görüşləri 17,18 və 19-da dekabrda gerçəkləşəcək.

“Ankaragücü” əvvəlki mərhələdə “Karşıyaka”ya qalib gəlib – 2:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!