Azərbaycan yığmasının üzvləri 2021-ci ilə qədər PUL ALACAQ

21 Aprel 11:45 Tokio-2020 274
Azərbaycan yığmasının üzvləri  2021-ci ilə qədər PUL ALACAQ

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq üçün idmançılara təqaüd verilməsini davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, bu qərar olimpiya həmrəyliyi çərçivəsində 185 milli olimpiya komitəsindən ümumilikdə 1600 idmançıya şamil olunub: "İdmançılara dəstək davam edəcək. 2021-ci ilə qədər ödəniləcək ümumi məbləğ 110 milyon ABŞ dolları təşkil edir".

Olimpiadaya hazırlaşan Azərbaycan idmançıları da bu imkandan yararlana biləcəklər. Bu il 24 iyul - 9 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək Oyunlar avqustun 8-dək davam edəcək.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?