Tokio-2020: Azərbaycana 5-ci medalı Namiq qazandırdı

27 Avqust 2021 14:10 Tokio-2020 785
Tokio-2020: Azərbaycana 5-ci medalı Namiq qazandırdı

Azərbaycan paracüdoçusu Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, "66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xorava ilə üz-üzə gəlib.

Rəqibini vazari xalı ilə üstələyən Abbaslı bürünc medal qazanıb.

Bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub.

Daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!