Yığmamızın daha iki üzvü qazancsız qaldı - Dünya çempionatında

4 İyun 2023 00:20 Taekvondo 563
Yığmamızın daha iki üzvü qazancsız qaldı - Dünya çempionatında

Azərbaycan taekvondoçusu Eltac Qafarov Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində Marko Qolubiçə uduzub.

Qafarov daha əvvəl Vasilliy Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmışdı.

Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub.

Dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"