
Bakıda keçirilən şahmat üzrə Dünya kuboku başa çatıb.
Sportinfo.az xəbər verir ki, bu gün keçirilən tay-brek görüşlərindən sonra mükafatçılar müəyyənləşib.
Finalda Norveçli Maqnus Karlsen hindistanlı Rameşbabu Praqqnanandha üzərində ümumilikdə 2,5:1,5 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub.
Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya kubokunda 4-cü olub.
Dünya kubokunun üç qalibi Namizədlər Turnirində oynamaq hüququ qazanıb.