Rəhbərlikdən 3 transfer istədi, ona “baş üstə” deyildi

16:30 Qəbələ 306
Rəhbərlikdən 3 transfer istədi, ona “baş üstə” deyildi

Çempionatın ilk yarısında istədiyi nəticəni əldə edə bilməyən “Qəbələ” heyətin gücləndirilməsində maraqlıdır.

Baş məşqçi Kaxaber Tsxadadze az qala hər oyundan sonra yeni futbolçulara gərək duyduğunu çəkinmədən dilə gətirirdi.

Gürcü çalışdırıcı rəhbərlikdən heyətə üç yeni futbolçunun qatılmasının vacibliyini bildirib.

Hansı mövqelərə?

Müdafiənin mərkəzinə, soluna və hücuma.

Rəhbərlik Tsxadadzenin istəyini müsbət cavablandırıb.

Hazırda bu yöndə axtarışlar və danışıqlar davam edir. Çox güman, yeni transferlərin hamısı əcnəbi olacaq.

“Qəbələ” 15 oyundan topladığı 8 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti