Azərbaycanda oynayan “Real”lı: “Bu it də mənim ailəmin bir üzvüdür”

28 Dekabr 2025 23:45 Qəbələ 861
Azərbaycanda oynayan “Real”lı: “Bu it də mənim ailəmin bir üzvüdür”

“Bizdə ailə dəyərləri yüksəkdir.

İti də ailəmin bir üzvü saydığım üçün ona böyük dəyər verirəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin yarımmüdafiəçisi Xayme Sierra deyib.

İspaniyalı legioner özüylə gətirdiyi ev heyvanı ilə bağlı maraqlı faktın üstünü açıb:

“Azərbaycanda təkəm, bura onunla gəlmişəm. Ona görə də itimi ailəmdən biri hesab edirəm.

Biz bir-birimizi çox gözəl anlayırıq. Hansısa oyundan sonra əhvalım yaxşı olanda, hoppanıb-düşür, sevinir.

Ancaq üzgünlüyümü hiss edəndə, tərpənmir, məyus halda oturub mənə baxır”.

"Qəbələ" yayda 27 yaşlı ispanla 2 illik müqavilə imzalayıb. O, "Real Madrid"in yetirməsidir. Son olaraq Xorvatiya təmsilçisi "Varajdin"in formasını geyib.

Yeniyetmə yaşlarında "Karabançel", "Real" və "Valensiya"da çıxış edən yarımmüdafiəçi peşəkar karyerasında vətənində "Leqanes", "Loqronyes", "Kultural Leonesa", "Atletiko Baleares" və Belçikada "Deyinze" klublarında forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA