"Qarabağ"dan isti-isti TRANSFER XƏBƏRİ – O, artıq Bakıdadır!

23 Avqust 2024 09:00 Qarabağ 11 101
"Qarabağ"dan isti-isti TRANSFER XƏBƏRİ – O, artıq Bakıdadır!

«Qarabağ» növbəti transfer çalışmasını başa vurub.

Bu barədə redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

Əldə etdiyimiz informasiyaya görə, Ağdam təmsilçisi xeyli müddətdir danışıqlar apardığı vingerlə ortaq məxrəcə gəlib. O, səhər saatlarında Azərbaycana təşrif buyurub.

«Köhlən atlar»ın anlaşdığı əcnəbi qanalıdır və son mövsümdə İspaniyada çıxış edib. Afrikalı cinah oyunçusu bu gün tibbi baxışdan keçəcək.

Azərbaycan çempionu bu yay 5 yeni müqavilə bağlayıb. Musa Qurbanlı «Yurdorden»dən (İsveç), Şahruddin Məhəmmədəliyev «Adana Demirspor»dan (Türkiyə) geri qayıdıb.

Sadiq Məmmədzadə «Səbail»dən, Fabiyan Buntiç «Vizela»dan (Portuqaliya) və Mateuş Koxalski «Stal»dan (Polşa) transfer olunub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti