Maaşsız qalan Şahruddin bu etirafı ilk dəfə etdi: “Çox çətindir, çox”

18 Avqust 2024 23:20 Qarabağ 16 063
Maaşsız qalan Şahruddin bu etirafı ilk dəfə etdi: “Çox çətindir, çox”

“Adana Demirspor”dan ayrılaraq “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyev Rusiyada müsahibə verib.

Təcrübəli qapıçısı həmyerlimiz Anar İbrahimovun aparıcısı olduğu və internet üzərindən yayımlanan “Topu çıxar” adlı verilişdə qonaq olub.

Məhəmmədəliyev geniş müsahibədə bir sıra maraqlı məqamlara aydınlıq gətirib, səmimi cavablarla diqqət çəkib.

Onun müəyyən yaşdan sonra futbolu yox, ailəni düşünməyin vacibliyi haqda dedikləri diqqət çəkib:

“Hansısa yaşdan sonra ailəni və onların rahatlığını düşünməli olursan. Artıq 18-20 yaşım yoxdur ki, “Real Madrid”də oynamağı xəyal edim.

30 yaşına çatanda nələrə sahib olduğunu, yaxud da ola biləcəyini dərk edirsən. Yaşananlara soyuqqanlı yanaşmalı olursan.

Yaşa dolduqca ailəni düşünürsən. Pula görə hara gəldi getmək arxa plana keçir.

Şəxsən pul qazanmaq üçün ehtiyatda oturmağa razılaşmaram. Kənarda oturub pul qazanmaq mənlik deyil”.

O, “Adana Demirspor”da üzləşdiyi durum nəticəsində maddi baxımdan sıxıntı yaşadığını gizlətməyib:

“Adanada başıma gələnlər haqda geniş danışmaq istəmirəm. Bu, hüquqi çərçivədə həll olunması vacib məsələdir.

FİFA həll edəcək. Onlar mənə ödəniş etməyiblər, şikayət etməsəm ödəməyəcəklər də.

Son 1 ildə başa düşdüm ki, sən demə, futbolda mühüm amillərdən biri pul imiş. Sabitlik olmayan mühitə düşməyənə qədər bunun fərqində deyildim. İnanmıram ki, pulsuz futbol oynayarıq.

Maaşsız çox çətindir, çox. Ailəni dolandırmalısan, uşaqlara yemək almalısan, o qədər tələbat var ki.

Daim pul qazanmağa öyrəşmiş adam üçün maaşsız oynamaq çox çətindir. Maddi problem olmasaydı, “Adana Demirspor”dan ayrılmayacaqdım.

Hətta yeni müqavilə şərtləri barədə söhbətimiz olmuşdu, daha sərfəli maaş şərti ilə razılaşmışdıq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!