Avroliqanin “kor püşk”ü atıldı: "Qarabağ"ın şansı varmı? - HƏR ŞEY BU VİDEODA

31 Avqust 2024 11:00 Qarabağ 2 789
Avroliqanin “kor püşk”ü atıldı: "Qarabağ"ın şansı varmı? - HƏR ŞEY BU VİDEODA

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

“Köhlən atlar" Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", Yunanıstanın "Olimpiakos", İsveçin "Malmö", Norveçin "Budyo Qlimt", Rumıniyanın FCSB və İsveçin "Elfsborq" komandaları ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçisi "Ayaks", "Lion", "Malmö" və FCSB ilə Bakıda, digər komandalarla səfərdə oynayacaq.

Liqa mərhələsində 36 klub çıxış edəcək. 8 turdan sonra ilk 8 yeri tutanlar 1/8 finala, 9-24-cü yerlərdə qərarlaşanlar isə pley-offa yüksələcək.

Digər 12 iştirakçı çıxışını başa vuracaq. I turun oyunları sentyabrın 25-26-da baş tutacaq.

“Çox fərqli kollektivlərlə mübarizə aparacağıq. Məncə, yeni format əlavə bir rəng qatacaq avrokuboklardakı mübarizələrə.

“Qarabağ” bu tunirdə uğurlu çıxış üçün mütləq müdafiə xəttinə əl gəzdirməlidir.

Ağdam klubunun son “Dinamo Zaqreb” qarşılaşmalarında müdafiə olunmada problemlərin olduğu aşkar görünürdü. Xüsusilə, evdəki matçlardan xal və ya xallarla ayrılmaq lazımdır”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Avropa Liqasında Liqa mərhələsinin püşkütmasını dəyərləndirib, "Qarabağ"ın rəqibləri barədə fikirlər səsləndirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti