"Qarabağ"ın legioneri İslandiyada oynamadı, komandası uduzdu

8 Sentyabr 2024 02:30 Qarabağ 1 380
"Qarabağ"ın legioneri İslandiyada oynamadı, komandası uduzdu

UEFA Millətlər Liqasında ilk turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi B Liqasının 4-cü qrupunun oyununda səfərdə İslandiyanın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Marko Veşoviç bu görüşün iştirakçısı olmayıb. 33 yaşlı sağ cimah müdafiəçisi sonadək ehtiyatda qalıb.

Monteneqro yığması növbəti turda doğma meydanda Uels seçməsini qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR