COP29

"Qarabağ" Avropada inanılmaz rekorda imza atdı!

14 Avqust 01:50 Qarabağ 1 097
"Qarabağ" Avropada inanılmaz rekorda imza atdı!

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda "Ludoqorets"i 7:2 hesabı ilə məğlub edən "Qarabağ" yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bu nəticə ilə avrokuboklardakı ən böyükhesablı qələbəsini rəsmiləşdirib.

Buna qədər "köhlən atlar"ın Avropa turnirlərində qazandığı ən irihesablı qələbələr "Samtredia” (Gürcüstan) və "Linkoln" (Cəbəllütariq) ilə matçlarda qeydə alınmışdı - 5:0. Hər iki qarşılaşma Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edib.

"Ludoqorets" üzərində qazanılan qalibiyyət həmçinin "Qarabağ"ın ən böyükhesablı səfər qələbəsi kimi də tarixə düşüb.

Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 13 il əvvəl Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Latviyanın "Banqa" klubunu 4:0 hesabı ilə üstələyərək ilki gerçəkləşdirmişdi.

"Ludoqorets"i mübarizədən kənarlaşdıran "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib.

Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!