"Qarabağ" ilk hissədə bir-iki qol vursa, eyforiyaya düşə bilər.
Digər tərəfdən bu, "Dinamo"nu panikaya sala bilər. Amma mən inanıram ki, "Dinamo" "Qarabağ"ı keçəcək".
Sportinfo.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi Vahid Halilhodziç Xorvatiyanın "Vecernji" nəşrinə açıqlamasında deyib.
Bosniyalı mütəxəssis qeyd edib ki, "Dinamo"nun ilk oyunda "Qarabağ"ı 3 cavabsız qolla məğlub etməsi komandaya böyük üstünlük verib:
"Həmin 3:0 hesabı qeyri-adi nəticədir. Onu da etiraf etmək lazımdır ki, rəqibin də qol vurmaq üçün üç-dörd gözəl fürsəti var idi.
Ancaq bundan istifadə edə bilmədilər. "Dinamo" üçün 3:0 hesabı Çempionlar Liqasının əsas mərhələsinə daxil olmaq üçün böyük üstünlükdür.
İnanıram ki, "Dinamo" irəliləyəcək".

