Qurban Qurbanov etdiyi sürprizlə həmkarını necə çaşdırdı? - VİDEO

8 Noyabr 2024 11:40 Qarabağ 5 348
Qurban Qurbanov etdiyi sürprizlə həmkarını necə çaşdırdı? - VİDEO

"Zəfər Gününə özəl qələbə oldu.

Qurban Qurbanov Kaşuk və Addai seçimi ilə rəqibin texniki heyətini təəccübləndirdi.

Bir sözlə, “Qarabağ” matç başlamadan hesabda irəli çıxdı. Oyunun gedişində gördük ki, bu seçimlər məhz rəqibi çaşdırmaq üçün edilib.

Çünki hücum fazasında o qədər də üstün ola bilmədik.

60-cı dəqiqədən sonra Benzia və Leandro dəyişikliyi ilə üçüncü zonada topa daha çox sahib olduq, hücum keyfiyyəti artdı.

Oyun olaraq geridə qalsaq da, nəticə əldə etmək üçün seçimlər düzgün və yerində idi".

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Norveçdə "Bodo Qlimt"ə 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanı dəyərləndirib.

Hər iki tərəfin oyun planları üzərindən şərhlər verən E.Cəfərov "Qarabağ"ın meydanda döyüşdüyünü, müdafiə fazasında Kevin Medina faktorunun çox önəmli olduğunu da xüsusilə vurğulayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR