"Qarabağ" şəhid övladlarını qonaq etdi, Qurban Qurbanov onlara diqqət göstərdi - FOTOLAR

26 Avqust 2024 17:00 Qarabağ 856
"Qarabağ" şəhid övladlarını qonaq etdi, Qurban Qurbanov onlara diqqət göstərdi - FOTOLAR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Təhsil” yay düşərgəsinin iştirakçıları olan şəhid övladları "Qarabağ" Futbol Klubunun bazasını ziyarət ediblər.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşən gənc düşərgə iştirakçıları onlarla əyləncəli zaman keçirib və xatirə şəkilləri çəkdiriblər.

Təhsil” yay düşərgəsi 45 şəhid övladının iştirakı ilə 19-25 avqust 2024-cü il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunub və bu düşərgə zamanı məktəbli şəhid övladları müxtəlif öyrədici və əyləncəli təlimlərdə iştirak ediblər.

Şəhid övladları "Qarabağ"ın qonağı oldular - Şəkillər

















Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti