Adətən, görmüşük ki, Qurban Qurbanov yeni gələn futbolçuları bir müddət tribunada gözlətdirir, ilk vaxtlar on(lar)a forma geyindirmir.
«Turan Tovuz»la dueldə əksi baş verdi.
Qapıçı Mateuş Koxalski ilk dəqiqədən qapıya keçdi, Polşalının debütünü əla keçirdi.
Hər hissədə bir dəfə «ölü top» çıxartdı. Çox sakit təsir bağışladı, üzündə həyacan falan hiss olunmadı.
Belə anladım ki, Qurbanov «Dinamo» ilə həlledici matçda da «çərçivə»ni Koxalskiyə tapşıracaq, Fabiyan Buntiçi ehtiyatda əyləşdirəcək.
Xorvatiyalı «Ludoqorets» və «Dinamo» ilə matçlarda səhvlərlə yadda qaldığından,
Koxalskinin inamlı çıxışı, heç şübhəsiz, Qurbanovun daxili narahatlığını götürdü. İçində «axır ki, axtardığımı tapdım» dediyini təxmin edirəm.
Emmanuel Addai «Qarabağ»a srağagün gəlib. Tibbi baxışdan keçib və cəmi 1 məşqə çıxıb.
Qanalı vingerin də adı iştirak ərizəsinə salınmışdı. Gör, zədəli və cəzalı futbolçuların yoxluğu «Dinamo» ilə oyundan öncə Qurbanovu necə qayğılandırıbsa, Addaini hər ehtimala qarşı «18-liy»ə daxil edib.
Yəqin ki, ÇL matçında Addaiyə 10-15 dəqiqə zaman tanıyacaq. Əlacsızlıq bəzən prinsiplərə zidd getmək məcburiyyəti yaradır.
Qurban Qurbanov bu gün o sıxıntını çəkir.
MUSA

