Bu gün Avropa Liqasının Liqa mərhələsində ilk tur çərçivəsində bir neçə qarşılaşma keçiriləcək.
Turnirdə yeganə təmsilçimiz “Qarabağ”dır.
Ağdam klubu klubu Londonda “Tottenhem”lə qarşılaşacaq. “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov qarşılaşma öncəsi maraqlı şərhlərlə diqqət çəkib.
Tanınmış jurnalist deyib ki, matçın yekununda qeydə alınacaq hər üç nəticə onu təəccübləndirməyəcək:
“Çünki “Qarabağ” artıq avrokubok komandasıdır. Bu cür matçları, atmosferi çox görüb. Xal və ya xallarla qayıtsaq da, uduzsaq da, təəccüblü olmayacaq”.
Elçin Cəfərov “Tottenhem”in oyun planı barədə danışarkən, bir sıra vacib məsələlərə diqqəti yönəldib:
“Londonlular matça ənənəvi olaraq sürətli başlamağa çalışacaq. Meydanın “Qarabağ”a aid hissəsində tətbiq edəcəyi pressinqlə müdafiədən oyun qurmağa mane törədə bilər.
Düzdür, Kevin Medinanın mərkəz müdafiədə yoxluğu topu oyuna daxil etməkdə bizə problemlər yaradacaq, ancaq Ağdam klubunun yarımmüdafiədə nə edəcəyi çox vacibdir.
Topu rəqibə verib, ancaq topsuz qaçmağı seçsək, bu çıxış yolu deyil.
Çalışıb mərkəzdə qazanılan topları sürətli müdafiə arxasına ötürməklə yaranmış zonalarda Juninyo və Zubirə imkanlar yaratmaq mümkün olacaq.
Qurban Qurbanov demişkən, ”Qarabağ” öz oyununu oynamalıdır. Döyüşüb, yaranmış fürsətlərdən maksimum yararlanmalıdır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

