İlkin Fikrətoğlu - “Qarabağ”ın onu komandada saxlaması çətin olacaq

10 Dekabr 17:40 Qarabağ 872
İlkin Fikrətoğlu - “Qarabağ”ın onu komandada saxlaması çətin olacaq

“Qarabağ”ın bu mövsüm Çempionlar Liqasındakı möhtəşəm oyunu İtaliya çempionunu qarşılaşmaya tam motivasiya etmişdi. Arxayınlıqdan, rahatqlıdan söhbət belə, gedə bilməzdi.

“Napoli”nin qarşısında sadəcə bir Azərbaycan komandası deyil, “Benfika”nı, “Kopenhagen”i məğlub etmiş, “Çelsi” ilə oyunda qələbəni əldən vermiş rəqib vardı.

Neapolluların Çempionlar Liqasında 4 oyundan cəmi 4 xal yığması onlar üçün qələbəni hava və su kimi vacib edirdi. Üstəlik, baş məşqçisi Antonio Kontenin də dediyi kimi: "Bu, "Napoli" üçün, bütün neapollular üçün xüsusi bir axşam idi”.

“Napoli” klubun və şəhərin əfsanəsi, dünya futbolunun ən möhtəşəm oyunçularından olan Dieqo Armando Maradonanın ruhunu şərəfləndirmək istəyirdi.

Həmin axşam Maradanonun anım günü - vəfatının 5 ci il ildönümü idi. Belə bir gündə, özü də Maradonanın adını daşıyan stadionda “Napoli”nin qəlıəbədən başqa yolu yox idi.

Antonio Konte “Qarabağ”ı da, Qurban Qurbanovu da yaxşı tanıyıdı. 8 il əvvəl Çempionlar Liqasının qrupunda onun baş məşqçisi oldupu “Çelsi” “Qarabağ”a iki oyunda 10 qol vurmuşdu.

İnd isə nə Konte “Çelsi”dədir, nə də “Qarabağ” həminkidir. Kadinin zədə üzündən heyətdə olmaması Qurbanovu nə dərəcədə qayğılandırırdısa, Konteni də Lukaku və De Bryunenin yoxluğu düşündürürdü.

Amma “Qarabağ”dan fərqli olaraq, “Napoli”nin heyəti daha zəngin, səviyyəli ehtiyat oyunçuları daha çoxdur. İtalyanlarn qələbəsində rol oynayan amillərdən biri də bu oldu.

Birinci hissədə “Qarabağ” meydanın rəqibə aid hissəsində pressinq etməklə, neapollulara rahat hücum qurmaq imkanı vermirdi. İlk 45 dəqiqədə yalnız iki epizodda “Napoli”nin qol vurmaq rea imkanı oldu, onda da Mateuş Koxalski möhtəşəm oynadı.

Polyak qolkiper bu oyunda komandasının heyətində ən yaxşı idi. Dəf etdiyi zərbələr, rəqiblə təkbətək qaldığı epizodlardakı qurtarışlar, penalti epizodundakı reaksiyası - sadəcəcə, inanılmaz, sadəcə, möhtəşəm idi.

Bu oyunla “Qarabağ”ın onu düşərgəsində saxlaması çətin olacaq.

Penalti epizoduna gəlincə, dünyaca məşhur polyak referi Şimon Marsinyakın qərarına şərhi yalnız söyüşlə vermək olar.

Rəqib Marko Yankoviçin üzünə aşkar zərbə endirib onu yerə sərir, baş hakim isə “Qarabağ”ın qapısına penaıti təyin edir. Yaxşı ki, Koxalskinin ustalığı “Qarabağ”ın haqsız qol yeməsinə imkan vermədi.

Qol epizodlarında da Koxalskilik bir şey yox idi. İlk qolda zərbəni qayatrsa da, Maktomineyə mane olan tapılmadı.

İkinci qolda isə Yankoviç şanssızlıq yaşadı, yenə Maktominey ön plana cıxdı. Şotlandyalı oyunçumun alınmayan “qaycı” zərbəsindən sonra top tərslikdən Markonun ayağına çarpıb qapıçımızı yanıltdı.

Həmin axşam “Napoli”ni Maktominey xilas etdi. “Qarabağ”ın məğlubiyyətində Kevin Medinanın zədələnməsi də böyük rol oynadı.

Top onun üzünə cırpıldıqda, sanki “Qarabağ”ın müdafiə xəttinin dirəyi yıxıldı. Bundan sonra kolumbiyalı bir müddət meydanda olsa da, narahatlıq biss etdiyindın əvəzləndi.

Belədə Koxalski ən güclü köməkçisini, dayağını itirdi, rəqibin işi asanlaşdı. Özü də həmin dəqiqlərdə “Napoli” təzyiqi xeyli artırmışdı.

“Qarabağ” hücum xəttindı yetərincə kəsərli ola bilmədi və yekun nəticə məntiqli oldu. Amma faciə baş verməyib.

5 oyuna 7 xalı “Barselona” da toplayıb, “Yuventus”, “Benfika”, “Atletik Bilbao” isə hələ də “Qarabağ”a aşağıdan-yuxarı baxır. Qarşıdakı 3 turda azı 4 xal toplamaq “Qarabağ”ı pley-offa çıxara bilər.

Növbəti rəqib isə dekabrın 10-da Bakıda “Ayaks” olacaq. Liqada keçirdiyi 5 oyunun hamısını uduzan tək komanda olan “Ayaks”.

Lap yaxın illərdə bu, bizə xəyal kimi gələrdi, amma indi vəziyyət elədir ki. biz “Ayaks”a. Niderlnd futbolunun brendinə, Avropanını ən yaxşı futbol akademiyalarınddan birinə malik kluba 3 xal kimi baxırıq.

Allah peşman etməsin, hazırlaşaq dekabrın 10-na!

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…