
“ML Vitebsk”in və Belarus millisinin müdafiəçisi Zaxar Volkovun bu mövsüm “Qarabağ”da oynamaq imkanı olub.
Sportinfo.az xəbər verir ki, o, bu barədə ölkəsinin mediasına müsahibəsində bildirib.
“ML Vitebsk” ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar.
Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur, qərarımı dəyişməyəcəm” - deyə, Volkov bildirib.
Volkov bu yay “Vitebsk”ə Tula “Arsenal”ından keçib.