COP29

Qurban Qurbanovun bir gözünü güldürüb, bir gözünü ağladanlar

29 Noyabr 16:40 Qarabağ 571
Qurban Qurbanovun bir gözünü güldürüb, bir gözünü ağladanlar

«Qarabağ»dan ardıcıl beşinci ev məğlubiyyəti…

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində «Ludoqorets»lə başlayan b uqara zolaq dünən də «Qarabağ»ı «Tofiq Bəhramov»da «tək buraxmadı.

Zaqreb «Dinamo»su, «Malmo» və «Ayaks»lə davam edən seriyaya «Lion» da öz möhürunu vurub getdi.

İndi bir düz xətt kimi görünür ziq-zaqsız görünür bu statistika.

Elədimi?

«Qarabağ»ın oyunu ilə nəticələri ziddiyət təşkil edir. Məsafə etibarı ilə bir-birindən 180 dərəcə fərqlənən komandadan bəhs etmək həm asan, həm də çətindir.

Bu məfhumun içində çox şey gizlənir: açmaq, incələmək və qiymətləndirmək kimi nələr var orada…

Qurban Qurbanovun bir gözü gülür, bir gözü ağlayır.

Bir gözü gülür ki, komandası hər nə olur olsun, bütövlükdə komanda ritmindən imtina eləmir, rəqiblərinə ad və fərqu qoymur, qol epizodları yaradır.

O biri gözü ağlayır ki, futbolçuları saysız qol imkanları ilə insaf-mürvətlə davranmır, həmçinin qapısından asanlıqla top buraxır.

Bu qarşılaşma həftələr öncə keçirilən «Lion» - «Beşiktaş» matçının tapm əksi idi. Türkiyənin «qara qartallar»ı Fransada tam bir şans əsəri sayəsində 1 qol vurdu və 3 xal qazandı.

«Lion» o gün «Qarabağ»ın dünən yaşadıqlarını yaşadı.

Qaçırdıqları fürsətləri istehza ediləcək qədər çox idi, Pyer Saj başını çırpmağa yer axtarırdı.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti