Bu VİDEO TREND OLACAQ - "Qarabağ"ın hansı futbolçusu “Lion”a “işlədi?

29 Noyabr 2024 13:00 Qarabağ 3 575
Bu VİDEO TREND OLACAQ - "Qarabağ"ın hansı futbolçusu “Lion”a “işlədi?

"Hər şey dediyimiz kimi oldu: bəli, "Lion" da "Qarabağ"ın təxminən oyun planına uyğun performans sərgiləyir.

"Qarabağ" matça ənənəvi planına uyğun başladı.

Daha çox topa sahib olmağa, oyunu meydanın rəqibə aid hissəsində keçirməyə çalışdı.

Fürsətlər də yaxaladı, sadəcə, dəyərləndirə bilmədi. Sürətli düşünmə, keyfiyyət, ustalıq səviyyəsi "Lion"da özünü göstərdi.

Bizim müdafiə olunmadaki problemlərdən maksimum şəkildə yararlandı".

Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakıda keçirilən "Qarabağ"-"Lion"(Fransa) matçı (1:4) barədə danışıb.

Heyətlər və oyun planları üzərindən dəyərləndirmələr edən Cəfərov sürətli düşünmədə və ötürmələrdə Ağdam klubunun rəqibdən geri qaldığını diqqətə çatdırıb.

Qeyd edib ki, "Qarabağ"ın heyətində Yasin Benzia da sanki qonaqlardan çıxış edib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi