COP29

"Lion"a 3 qol vura bilməyən Juninyo təəssüflənir ki…

29 Noyabr 11:00 Qarabağ 1 014
"Lion"a 3 qol vura bilməyən Juninyo təəssüflənir ki…

"Qarabağ"ın forvardı Olavio Juninyo Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a uduzduqları matç (1:4) haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən 28 yaşlı hücumçu qol şanslarını yararlana bilmədiyinə görə təəssüflənib:

"Keyfiyyətli komandaya qarşı oynadığımızın fərqində idik. Çoxlu qol epizodları yaratdıq.

Təkcə mənim 3 qol şansım oldu. Təəssüf ki, bu imkanlardan yararlana bilmədim.

Bəxt amili də öz sözünü dedi. Ümumi götürdükdə Fransanın ən yaxşı komandalarından birinə qarşı çıxış etdik.

Amma buna baxmayaraq, öz komandama, yoldaşlarıma inanıram".

Braziliyalı forvard Ağdam təmsilçisinin yaxşı çıxış etdiyini vurğulayıb:

"Əslində yaxşı oyun nümayiş etdiririk. Belə böyük rəqiblərə qarşı matçlarda oyunun taleyini bəzi detallar həll edir.

Qarşıda Premyer Liqa matçımız var. Həmin görüşə köklənməliyik. Bundan sonra yenidən Avroliqanın oyunlarını fikirləşəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti