COP29

Qurban Qurbanov: “Narazılığın da bir həddi var” - VİDEO

29 Noyabr 09:00 Qarabağ 595
Qurban Qurbanov: “Narazılığın da bir həddi var” - VİDEO

“Qarabağ” Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Lion”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, 1:4 hesabı ilə məğlub olan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov futbolçularından çox razı qaldığını bildirb:

“Futbolçularımdan çox razı qaldım. Nəticə oyuna görə olmadı. Avropada futbol çox sürətlə inkişaf edir.

Azarkeşlərimizə təşəkkür edirəm. Belə hava şəraitində bizimlə oldular. Oyuna gəlincə, hesab üzücü görünür, ikinci hissənin ortalarında komandada boşluqlar yarandı. Sürətli hücumların qarşısını ala bilmədik. Düzü, oyundan razı qaldım. Futbolçularım bilirdilər ki, rəqib çox yaxşı komandadır. Futbol belədir. Fürsətlərdən istifadə edə bilməyəndə rəqib səni cəzalandırır. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

Bəxtsizlik ifadəsini çox işlətmirəm. Top iki dəfə tirdən və dirəkdın qayıtdı. Qəbul etməliyik ki, rəqib futbolçuların ustalıq səviyyəsi yuxarı idi. Böyük ehtimalla, məhz bununla bağlıdır.

Dəyişiklik etmək mənim üçün çox çətin qərardır. Sürəti qaldırmaq, müdafiə xəttində aktiv olmaq lazım idi. Rəqib belə məqamlardan istifadə etdi. İkinci qol sadəcə texniki səhvdən oldu. Rəqib hansısa hücum qurmadı. Hər iki qoldan əvvəl biz qol vurmalıydıq. Deməli, bu gün məğlub olmalıydıq.

Məncə, hələ şans qalıb. Rəqiblər ildən-ilə bizə daha diqqətli, ciddi yanaşırlar. Hər biri güclüdür. Biz onlarla başabaş mübarizə aparmalıyıq, Avropa üslubunu öyrənməliyik.

Bəzən hakimlər oyunu tez-tez saxlayır. Belə məqamlar ümumi performansa təsirsiz ötüşmür.

Juninyodan razı qalmadığımı desəm, düzgün olmaz. Futbolçu hər matçda eyni tempdə oynaya bilməz. Juninyo dörd yüz faizlik qol epizodunda çıxış etdi. Belə statistika hücumçu üçün yaxşıdır. Yenə də, belə oyunlarda daha hərəkətli olmaq lazımdır. Yassin Benzia demək olar ki, yorulmuşdu.

Bəlkə də, biz fərqli gözlərlə baxırıq. Futbolun inkişafıyla bağlı xeyli detal var. Komandamdan narazı qaldığım vaxtlar da olub. Bu, bizim işimizin bir hissəsidir. Cərimələr də olur, iradlar da bildirilir. Yenə deyirəm ki, bu oyuna görə futbolçularıma narazılıq bildirmədim. Hər şeyin öz həddi var. Siz rahat olun. Nə lazımdırsa, edilir. Bəzən onlara təşəkkür də edirəm.

“Ayaks”, “Tottenhem” və “Lion” kimi komandalar “böyük beşlik”dən gəlib. Belə rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Bu gün müdafiə də oluna bilərdik. Amma belə olmasını istəmirəm. Futbolçularım cəsarətli olmalıdır. Rəqiblərdən çəkinməməliyik. Az səhv etmək haqda düşünsəydik, indi belə səviyyədə olmazdıq”.

Digər Xəbərlər
Xəbər Lenti