Sən nə qolları vura bilmədin..? - "Qarabağ"dan VİDEOREPORTAJ

29 Noyabr 2024 03:10 Qarabağ 748
Sən nə qolları vura bilmədin..? - "Qarabağ"dan VİDEOREPORTAJ

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi “Lion”a məğlub olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub.

63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Tolisso toru silkələyib. 68-ci dəqiqədə Malik Fofana meydan sahiblərinin qapısına yol tapıb.

80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib.

Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi