"Qarabağ"ın onları Azərbaycana gətirməsi qəhrəmanlıqdır"

28 Noyabr 2024 17:00 Qarabağ 848
"Qarabağ"ın onları Azərbaycana gətirməsi qəhrəmanlıqdır"

"Qarabağ" bu gün Avropa Liqasının əsas mərhələsində növbəti matçına çıxacaq.

"Atlılar" doğma meydanda Fransa nəhəngi "Lion"u qonaq edəcək.

Vacib oyun öncəsi "köhlən atlar"ın veteran futbolçusu Azər Cabbarov Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq qarşılaşmadan gözləntilərini bizimlə bölüşüb:

"Qarabağ"dan hamımız qələbə gözləyirik. Yaxşı oyun olacağına 100% əminəm. Komandamız bu mövsüm çox yaxşı oyunlar keçirib. Sadəcə bəxtimiz gətirmir".

Cabbarov güclü rəqiblə matçda yerli publikanın dəstəyi ilə ən azı bir xal əldə olunacağına inamını ifadə edib:

"Evdə oynayacağıq, bu da əlavə üstünlükdür. Doğma azarkeşlər önündə ən azı 1 xal qazanacağımıza inanıram.

Amma növbəti mərhələyə adlamaq çətin görünür. Qrupda elə-belə komandalar deyil.

Mənə görə, belə güclü rəqibləri Azərbaycana gətirmək özü böyük qəhrəmanlıqdır".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti