UEFA "Qarabağ"la fransızları serblərə tapşırdı

26 Noyabr 2024 13:20 Qarabağ 692
UEFA "Qarabağ"la fransızları serblərə tapşırdı

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransadan “Lion” ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA noyabrın 28-də Bakıda təşkil olunacaq görüşü Serbiyadan olan hakimlər briqadasına həvalə edib:

“Qarabağ” – “Lion”
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Nenad Minaković
Baş hakimin köməkçiləri: Nikola Borović, Boško Božović
Dördüncü hakim: Milan Mitić
VAR: Momčilo Marković
AVAR: Novak Simović
(Hakimlər briqadası Serbiyadandır)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti