"Qarabağ" - "Lion": Artıq 13 min bilet satıldı, bəs sən almısan?

20 Noyabr 2024 17:00 Qarabağ 885
"Qarabağ" - "Lion": Artıq 13 min bilet satıldı, bəs sən almısan?

Bakıda "Qarabağ" və Fransa "Lion"u arasında keçiriləcək Avropa Liqasının V turunun matçına indiyədək 13000 bilet satılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti