“Qarabağ”ın səlahiyyətli funksioneri: “Bu, ayıbdır!”

18 Noyabr 2024 16:00 Qarabağ 1 088
“Qarabağ”ın səlahiyyətli funksioneri: “Bu, ayıbdır!”

«Tovuzdakı oyunda baş məşqçimizin və futbolçumuzun qırmızı vərəqə almasını bilirdim.

Ancaq orada baş verən qalmaqalın təfərrüatından xəbərim yox idi. Saytınızda bu haqda xəbəri oxudum və dərhal araşdırma apardım».

«Qarabağ»ın futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında belə deyib.

U-15 Liqasında qalmaqalın baş verməsindən xəbərdarsız. Saytımız “Turan Tovuz” – “Qarabağ” matçında (0:1) yaşanan biabırçı hadisələrlə bağlı oxucularımıza məılumat çatdırıb.

İkinci hissənin gedişində baş hakim Samir Hüseynova əsəbiləşən qonaqların baş məşqçisi Rauf Əliyev dilindən təhamiz sözlər çıxarıb və texniki zonadan kənarlaşdırılıb.

QIrmızı vərəqə alandan sonra o, laynsman Taleh Məmmədovla “toqquşub”.

Baş məşqçinin ardınca «Qarabağ»ın qapıçısı da «qırmızı» alaraq meydandan uzaqlaşdırılıb. Bütün bunlar tribunada əyləşmiş valideynləri də təsiri altına alıb.

Üç «Qarabağ»lı yeniyetmənin ailə başçısı olaya qarışıb, «fit sahiblərləri»ni «ağ yuyub, qara sərib». Stadionda olan polis əməkdaşları olanlara biganə qalmayıb, həmin 3 şəxsi yaxınlıqdakı bölməyə aparıb.

Rauf Əliyev və futbolçuları isə bir müddət stadionda saxlanılıb.

Təhlükəsizlik tədbirləri görən hüquq-mühafizə orqanlarının əməkdaşları qonaq komandanın 1 saatdan artıq paltardəyişmə otağında gözləməsini təmin edib.

Redaksiyamıza daxtl olan son informasiyaya görə, AFFA Tovuzda yaşanan olayı nəzarətə götürüb. Saytımızda xəbər çıxandan sonra federasiya hərtərəfli araşdırmaya başlayıb.

Rauf Əliyev və qapıçıyla yanaşı, hakimlərin də cəzalandırılması gözlənilir.

Demə, referi S.Həsənov oyunun gedişində «Qarabağ»ın futbolçularına «baş məşqçiniz mənimlə pis danışır, gör, indi sizin başınıza nə oyun açacam!» söyləyib və bunu dəfələrlə təkrarlayıb.

Baş hakim və köməkçisi matçdan sonra ağdamlıların çalışdırıcısını «razborka»ya çağırıb, onu söyüb.

A.Hacıyev AFFA-nın müvafiq orqanlarının aşağı yaş qrupları üzrə çempionatlara nəzarəti gücləndirməli olduğunu söyləyib:

«Düşünürəm ki, bu, mütləqdir. Yalnız futbolçular və məşqçilərə deyil, həm də hakimlərə nəzarət artırılmalıdır.

Mən hadisənin təfərrüatından artıq xəbərdaram və deyə bilərəm ki, hər şey qarşılıqlı olub. Oyunu idarə edən hakimlərin bizim məşqçi və futbolçulara dediyi sözləri burada açıqlamaq istəmirəm.

Bu, ayıbdır və olmamalıdır. Yaxşı olar ki, AFFA akademiya komandalara diqqəti artırsın.

Ötən mövsümdən bəri aşağı yaş qruplarının çempionatlarını davamlı izləyirəm və tez-tez oyunlarda oluram.

Nöqsanlar və çatışmazlıqlar çoxdur. Mən onları bir-bir açıqlasam, gərək 24 saat danışım».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti