COP29

“Qarabağ” fanatı olan tanınmış: "Hələ də aydınlaşdıra bilmirəm ki..."

10 Noyabr 02:40 Qarabağ 1 161
“Qarabağ” fanatı olan tanınmış: "Hələ də aydınlaşdıra bilmirəm ki..."

"Qələbənin Zəfər Gününə təsadüf etməsi, Toral Bayramovun qolunun turun ən yaxşısı seçilməsi xüsusilə sevindiricidir".

Sportinfo.az xəbər verir ki, bunu "İdman.biz"ə sərbəst güləş üzrə dünya və Avropa çempionu Hacı Əliyev deyib.

"Qarabağ"ın Avropa Liqasının liqa mərhələsində "Budyo/Qlimt" üzərində 2:1 hesablı qələbəsini şərh edən sabiq güləşçi bildirib ki, Toral Bayramovun qolu möhtəşəm alınıb:

"Bütün "Qarabağ" azarkeşləri kimi mən də oyuna həyəcanla baxırdım. Olduqca maraqlı bir oyun izlədik.

Bildiyiniz kimi, Avropa Liqasının formatında dəyişikliklər olub. Hələ də mən aydınlaşdıra bilmirəm ki, kim kimlə oynayır.

Bu format həm maraqsızdır, həm də çətin. "Qarabağ" komandasına növbəti oyunlarda da uğurlar arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi