"Qarabağ"ın qələbəsinin ZƏFƏR BAYRAMI ilə ŞOK ƏLAQƏSİ... FOTO

9 Noyabr 2024 13:40 Qarabağ 1 072
"Qarabağ"ın qələbəsinin ZƏFƏR BAYRAMI ilə ŞOK ƏLAQƏSİ... FOTO

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Norveçdə "Bodo Qlimt"i ilə qarşılaşıb.

Görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyyətində qolları 27 nömrəli futbolçu Toral Bayramov və Ağdam təmsilçisinin 10 nömrəsi Abdullah Zubir vurub.

Bu vacib qələbə ilə "Qarabağ" Liqa mərhələsində ilk xallarını qazanıb.

Qeyd edək ki, komandamızın qələbəsi 44 günlük İkinci Qarabağ müharibəsinin 4-cü Zəfər günündə gerçəkləşib.

Ən qəribəsi isə odur ki, 44 günlük müharibə 27 sentyabrda başlamışdı, bu günki oyunda ilk qolu 27 nömrəmiz (Toral Bayramov) vurdu.

Müharibə 10 noyabrda Zəfərimizlə yekunlaşmışdı ki, Zəfər bayramı günündə qələbə qolunu da məhz 10 nömrə Abdullah Zubir vurdu. (titul.az)

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!