COP29

“Qarabağ”ın oyununda səhvə yol verən hakim cəzasını aldı

8 Noyabr 23:00 Qarabağ 19 025
“Qarabağ”ın oyununda səhvə yol verən hakim cəzasını aldı

Hakimlər Komitəsinin sədri Frank De Bleker azərbaycanlı hakimi cəzalandırıb.

FİFA hakimi Elçin Məsiyev komitə sədrinin qəzəbinə tuş gəlib.

Buna səbəb 33 yaşlı ədalət təmsilçisinin 11-ci tur çərçivəsində baş tutan “Şamaxı” – “Qarabağ” görüşündə (2:2) yol verdiyi kobud səhvdir.

Qarşılaşmanın 50-ci dəqiqəsində matçın baş hakimi Cavid Cəlilov cərimə meydançası daxilində Aleksey Kaşukla Adil Nağıyev arasındakı mübarizəni penalti kimi dəyərləndirib.

Baş hakim Adilin kobud oynadığından şübhələnərək “nöqtə”ni göstərib. Halbuki orada qayda pozuntusu yox idi.

Həmin gün VAR-a cavabdehlik daşıyan Elçin Məsiyev epizodu düzgün qiymətləndirməyib. Cavidi monitora baxmağa dəvət etməli olduğu halda, susub.

Məhz bu səhvinə görə De Bleker ona iradlarını çatdırıb, 12 və 13-cü turlarda təyinat verilməsini məqsədəuyğun saymayıb.

Cavid Cəlilov zədələnib meydanı tərk etdikdən sonra onu Nicat İsmayıllı əvəzləyib. N.İsmayıllı da 87-ci dəqiqədə qalmaqallı qərarı ilə gündəmə gəlib.

Belə ki, “Qarabağ”ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Belajdi Pusiyə qarşı kobud oynadıqdan sonra hakim meydan sahiblərinin oyunçusuna sarı vərəqə göstərir.

Bu qərar da müzakirə mövzusuna çevrilib. Həmin epizodda qırmızı vərəqənin verilməməsi gündəmə çevrilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti