“Qarabağ” Avropanın ən yaxşı 10 klubu arasında

5 Noyabr 2024 00:40 Qarabağ 907
“Qarabağ” Avropanın ən yaxşı 10 klubu arasında

Avropanın milli çempionatlarında qələbə seriyasını davam etdirən ən uğurlu klubların adları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın lideri “Qarabağ” da ilk “10-luq”da yer alıb.

Ağdam təmsilçisi bu göstəriciyə görə hazırda qitənin ən uğurlu 7-ci komandasıdır.

Cədvələ Çexiya klubu “Slaviya” başçılıq edir. Praqalılar cari mövsüm Çexiya çempionatında 12 görüş keçirib ki, onun son 11-də rəqiblərini üstələməyi bacarıb.

“Qarabağ”ı qabaqlayan komandalardan yalnız ikisi – PSV və “Sportinq” maksimum nəticəyə imza atıb. Daxili birincilikdə PSV 10, “Sportinq” isə 9 görüşün hamısında aktivinə 3 xal yazdırıb.

Qələbə seriyası davam edən ən yaxşı 10 klub:
1. “Slaviya” (Çexiya) – 11 qələbə (12 oyunda)
2. PSV (Niderland) – 10 (10)
3. “Srvena Zvezda” (Serbiya) – 10 (12)
4. “Krasnodar” (Rusiya) – 10 (13)
5. “Sportinq” (Portuqaliya) – 9 (9)
6. “Birkirkara” (Malta) – 8 (9)
7. “Qarabağ” (Azərbaycan) – 7 (10)
8. “Ludoqorets” (Bolqarıstan) – 7 (12)
9. “Jrinski” (Bosniya və Herseqovina) – 6 (10)
10. “Boraç” (Bosniya və Herseqovina) – 6 (10)

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu