"Qarabağ" 2 ildən sonra...

4 Noyabr 2024 12:40 Qarabağ 849
"Qarabağ" 2 ildən sonra...

İki ildən sonra "Qarabağ"ın oyununda qolsuz heç-heçə qeydə alınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XII turunda "Turan Tovuz"la heç-heçə (0:0) edən Ağdam təmsilçisinin əvvəlki ardıcıl 67 matçında ən azı bir komanda qol sevinci yaşayıb.

"Köhlən atlar" 2022-ci il noyabrın 28-də "Zirə" ilə qolsuz bərabərliyə razı olub.

Bu, ölkə çempionatları tarixində ikinci belə seriyadır. 0:0 hesabı olmadan keçirilən oyun sayında rekord “Şahdağ Qusar”a məxsusdur.

Bölgə təmsilçisi texniki nəticələr nəzərə alınmadan ardıcıl 95 matçlıq seriyaya malikdir. Üçüncü göstəriciyə malik “Şamaxı”nın hesabında 59 oyunluq seriya var.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM