COP29

“Qarabağ” bu gecə Tovuzda məğlub olmayacaq ki?

1 Noyabr 13:40 Qarabağ 593
“Qarabağ” bu gecə Tovuzda məğlub olmayacaq ki?

Bu gün Premyer Liqada 12-ci tur start götürəcək.

Sportinfo.az xəbər verir ki, turun matçları üç günü əhatə edəcək.

Baş tutacaq qarşılaşmalar öncəsi komandaların indiyə qədərki duelləri ilə bağlı bəzi maraqlı statistik məqamları diqqətinizə çatdırırıq.

– “Turan Tovuz” 2 illik rəqabətdə “Qarabağ” üzərində yeganə qələbəsini cari mövsümün birinci dövrəsində qazanıb. Tovuz təmsilçisi həm də son 4 görüşdə rəqib qapısına yol tapa bilib. Digər tərəfdən ağdamlılar indiyə qədər rəqibinə Tovuzda uduzmayıb. Bu, tərəflərin Premyer Liqada 10-cu dueli olacaq.

– “Neftçi” ilə “Araz-Naxçıvan” da 10-cu dəfə üz-üzə gələcəklər. Naxçıvan təmsilçisi səfər qarşılaşmalarında hələ qələbə üzü görməyib.

– “Zirə” son 6 səfər oyununda “Şamaxı”ya məğlub olmayıb. Hətta bölgə təmsilçisi evində keçirdiyi son 4 matçda qol da vura bilməyib. “Şamaxı” axırıncı ev qalibiyyətini “Keşlə” adı altında əldə edib. Bu, 4 il 8 ay əvvələ – 2020-ci ilin fevralına təsadüf edir. “Zirə”nin növbəti qolu “Şamaxı” ilə çempionat qarşılaşmalarında 40-cı top olacaq.

– Autsayderlərin duelində “Kəpəz” “Səbail”i qəbul edəcək. Bakılılar son 5 matçda rəqibinə məğlub olmayıb. Maraqlıdır ki, tərəflərin son 3 duelində 4 və ya daha çox qol qeydə alınıb.

– “Sumqayıt”la “Sabah” Premyer Liqa çərçivəsində 25-ci dəfə üz-üzə gələcək. Buna qədərki qarşılaşmalarda bakılılar ikiqat üstündür – 14 qələbə, 7 məğlubiyyət. “Sumqayıt” 3 matçdır ki, “Sabah” önündə 3 xal üzünə həsrətdir.

Digər Xəbərlər
Xəbər Lenti