COP29

“Gedə bilmir, burada işi-gücü var, ailəsini dolandırmalıdır”

29 Oktyabr 21:20 Qarabağ 1 067
“Gedə bilmir, burada işi-gücü var, ailəsini dolandırmalıdır”

Azərbaycanlı futbolçuların uğurlu ola bilməməsinin başlıca səbəblərindən biri ölkəmizdə uşaq futbolunun istənilən səviyyədə olmamasıdır.

Problem təkcə azyaşlılara futbolun aşılanmasındakı qüsurlar deyil.

Ölkədə futbol akademiyalarının yox dərəcəsində azlığı və komandaların beynəlxalq turnirlərdə iştirak etməməsi də əlavə çətinliklər yaradır.

Çıxış yollarından biri azərbaycanlı yeniyetmələrin ölkəni tərk etməsi, aparıcı Avropa klublarının akademiyalarında yerləşməsi və bununla da düzgün inkişafa nail olmasıdır. Lakin bunun özü də dildə deyildiyi qədər asan görünmür.

“Qarabağ”ın U-17 komandasının baş məşqçisi funksiyasını yerinə yetirən Rəşad Sadiqov Sportinfo.az-a açıqlamasında azərbaycanlı futbolçuların 12-17 yaş aralığında Avropaya köç etməsinin çətinliklərindən danışıb:

“Yaxşı yanaşmadır, fikrimcə, bu, hər bir valideynin arzusudur. “Dinamo Zaqreb”, “Ayaks”, “Benfika” kimi akademiyalarda yer almaq, futbolun sirlərinə bu klublarda yiyələnmək inkişafa böyük təkan olar.

Həmin klublardakı şəraitin hansı səviyyədə olduğunu yaxşı bilirik. Üstəlik, aşağı yaş qruplarından ibarət komandaları ilboyu turnirlərdə iştirak edirlər.

Dediyiniz məsələ bizim uşaqlar üçün bir az çətindir. Əvvəla, hər valideyn övladının gözündən uzaqda, uzaq ölkədə tək yaşamasına razı olmur.

Bir də, bildiyimə görə, yeni qaydalara əsasən, uşaq Avropada yaşayanda valideyni da yanında olmalıdır. Ancaq valideyn gedə bilmir. Çünki burada işi-gücü var, ailəsini dolandırmalıdır.

Bu və digər nüanslar uşaqların Avropa akademiyalarında təhsil almasını əngəlləyir. Ona görə də bu məsələ real görünmür”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!