“Qarabağ”ın futbolçusu Yassin Benzia futbolçu kimi futbolçu, insan kimi insandır.
Azarkeşlər və jurnalistlərlə münasibətdə daim səmimilik nümayiş etdirən təcrübəli yarımmüdafiəçi “Qarabağ” – “Şamaxı” qarşılaşmasından sonra növbəti dəfə alqış qazandı.
Stadiona təşrif buyuran azyaşlı oğlan yanındakı xanımla birlikdə Benziaya fanatlıq edirdi. “7 nömrə” əvəzetmədən meydana daxil olanda və qol vuranda, məhz bu ikili tərəfindən xüsusi şəkildə alqışlandı.
Oyun başa çatandan sonra isə xanım öncədən hazırladığı plakatı Yassinə göstərdi ki, futbolkasına sahib olsun.
Futbolçu üzərində “Benzia, sən bizim üçün ən yaxşısan. Köynəyini mənə hədiyyə et” sözləri yazılan kağız parçasını görən kimi ayaq saxladı.
Futbolkasını çıxarıb xanıma uzadınca, zərif cinsin nümayəndəsinin sevinci yerə-göyə sığmadı. Bəlkə də arzusuna çatacağına inanmırdı. Bəlkə də ətrafındakı azyaşlıların əlindən Benzianın onu eşitməyəcəyini düşünürdü.
Ümid edək ki, “Qarabağ”ın digıər futbolçuları da bu cür məqamlarda böyüklük nümayiş etdirməyi bacaracaqlar.
Həmin anın görüntülərini təqdim edirik.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN