“Qarabağ”ın ilk və son “qurbanlar”ı - “Şirvan”dan “Şamaxı”ya qədər...

29 Oktyabr 2024 00:30 Qarabağ 500
“Qarabağ”ın ilk və son “qurbanlar”ı - “Şirvan”dan “Şamaxı”ya qədər...

“Qarabağ” klubu Azərbaycan çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XI turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan Ağdam təmsilçisi ən çox böyükhesablı qələbə qazanan komandadır.

Komanda ilk belə qələbəsini 1992-ci ildə qazanıb. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti