“Biz “Qarabağ”la oyunda yenə də öz işimizi gördük və bundan razıyıq”

28 Oktyabr 2024 01:50 Qarabağ 865
“Biz “Qarabağ”la oyunda yenə də öz işimizi gördük və bundan razıyıq”

“Ayaks”ın futbolçusu Daniele Ruqani Avropa Liqasının 3-cü turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, italiyalı mərkəz müdafiəçisi 3:0 hesablı qələbədən məmnunluğunu bildirib.

Ruqani “Qarabağ”la görüşün 59-cu dəqiqəsində əvəzlənib. 30 yaşlı oyunçu yenidən start heyətində çıxış etməsinə də münasibət bildirib:

“Oyun asan keçmədi. Biz yenə də öz işimizi gördük və bundan razıyıq.

O ki qaldı öz performansıma, əvvəlki formamı bərpa etmək üçün məşqlərdə bütün gücümlə çalışıram.

Müəyyən fasilədən sonra start heyətində meydana çıxdım. Oranın daimi üzvü olmaq üçün vaxt lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti