“Ayaks”ın oyunçusundan “Qarabağ”la bağlı etiraf: “Çox tez-tez səhvlər edirdik”

27 Oktyabr 2024 01:20 Qarabağ 479
“Ayaks”ın oyunçusundan “Qarabağ”la bağlı etiraf: “Çox tez-tez səhvlər edirdik”

"Qarabağ" qarşılaşmada ilk 15 dəqiqədə daha yaxşı olan tərəf idi.

İlk hissədə çətin anlar yaşadıq, qırmızı vərəqədən sonra oyunun məzərəsi dəyişdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Ayaks"ın futbolçusu Vaut Veqhorst Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a qalib gəldikləri oyundan sonra deyib.

Niderlandlı hücumçu 3:0 hesablı qələbəyə baxmayaraq, oyunlarında müəyyən problemlər olduğunu bildirib:

"Rəqib qırmızı vərəqə alandan sonra bir az oyunumuzu düzəltdik. Amma çox tez-tez səhvlər edirdik.

Hətta ikinci hissədə - rəqib azlıqda olanda da səhv edirdik. Bunun üzərində işləməliyik".

Oyunda bir qol ötürməsi verən və bir qol vuran Veqhorst bununla bağlı da danışıb:

“İlk qolumuzda mən topu sol küncə vurmaq istədim, amma yenə də Taylora toxundu. Mən bunu asist hesab edirəm (gülür).

Və sonra mənim qolumla hesab 2:0, daha sonra 3:0 oldu. Səfər oyununda bu, çox yaxşı nəticədir.

Ümumilikdə biz də yaxşı oynadıq, top fərqi də yaxşıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti