"Qarabağ" oyuna fantastik başladı" - "Ayaks"ın baş məşqçisi

24 Oktyabr 2024 23:30 Qarabağ 903
"Qarabağ" oyuna fantastik başladı" - "Ayaks"ın baş məşqçisi

Niderlandın "Ayaks" klubu Avropa Liqası Liqa fazasının 3-cü turunun oyununda Bakıda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Françesko Farioli matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

"Nəticə məni çox razı saldı. Futbolçularım öz bacarıqlarını nümayiş etdirərək qalib gəldi. Növbəti oyunlara köklənməyə çalışacağıq. “Qarabağ” birinci hissədə fantastik oynadı. Oyuna enerjili başladılar. Dünənki mətbuat konfransında da bildirmişdim ki, "Qarabağ"a qarşı bizi çətin oyun gözləyir. Təbii ki, qırmızı vərəqədən sonra işlər lehimizə getdi. Daha çox şans yaratdıq. Buna baxmayaraq, “Qarabağ” sona qədər təzyiq göstərdi. Hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt onların qərarlarını müzakirə etmirik. Bu, bizim prinsipimizdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti